Bakı – APA. Dekabrın 1-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Ali Məclisinin növbəti sessiyası keçirilib.
BAXCP-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sessiyada prezident seçkilərində BAXCP-nin fəaliyyəti, bu seçkilərdə partiyanın tutduğu yol və nəticələr müzakirə olunub.
BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Ali Məclisin sessiyasında ölkədəki ictimai-siyasi vəziyyət və bundan sonra partiyanın qarşısında duran vəzifələrlə bağlı geniş nitq söyləyib. Eyni zamanda o, prezident İlham Əliyevə "Jurnalistlərin dostu" mükafatı təqdim olunan zaman dövlət başçısının söylədiyi nitqdə ölkəmiz üçün önəmli çağırışların olduğuna diqqət çəkib. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi məqsədilə dövlət başçısının məlum sərəncamını təqdir edən Q.Həsənquliyev
Ali Məclisin sessiyasında partiya funksionerləri çıxışlar edib, müxtəlif təkliflər səsləndiriblər. Sonda isə partiyanın bəzi strukturlarının əsasnamələrinə dəyişikliklər müzakirə olunaraq qəbul edilib.