Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan bloqger Əbdül Əbilovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA-nın məlumatına görə, prosesdə hal şahidi qismində bir neçə polis əməkdaşı ifadə verib. Onlar Ə. Əbilovdan narkotik vasitə tapıldığını təsdiq ediblər.
Proses mayın 1-də davam etdiriləcək.
Qeyd edək ki, Ə. Əbilov ötən il noyabrın 22-də tutulub. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələr əldə etmə saxlama, satma, daşıma, göndərmə) maddəsinə əsasən ittiham olunur.