Bank Of Baku

Bolqarıstanlı müşahidəçi: “Azərbaycanda mənə demokratiya dərsi verdilər” - FOTO

Bolqarıstanlı müşahidəçi: “Azərbaycanda mənə demokratiya dərsi verdilər” - <span style="color: red;">FOTO
# 10 oktyabr 2013 08:51 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. “Dünən keçirilən seçkilərdə Azərbaycan xalqı qalib gəldi”. APA-nın məlumatına görə, bu barədə seçkiləri müşahidə edən Bolqarıstan parlamentinin nümayəndə heyətinin rəhbəri Həmid Həmid bildirib.

 

H. Həmid deyib ki, o, bir çox ölkələrdə seçkiləri müşahidə etsə də, Azərbaycanda olduğu kimi sakit və mükəmməl seçki görməyib: “Mən bütün 10 namizədi və Azərbaycan xalqını təbrik edirəm. Ötən gün mənə Azərbaycanda demokratiya dərsi verdilər. Ötən gün mən 3 mindən çox xarici və 50 mindən artıq yerli müşahidəçi ilə birlikdə praktik olaraq əsl demokratiyanın şahidi oldum”.

 

Deputat onu da vurğulayıb ki, Azərbaycan və Bolqarıstan arasında gözəl dostluq əlaqələri var. Bu dostluq kağız üzərində deyil, əsl dostluqdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR