Bakı. Gülnar Bəşirova - APA. “Vətəndaşlar demokratik şəraitdə səslərini verir, heç bir problemlə qarşılaşmırlar”.
APA-nın Yeni Azərbaycan Partiyasının (YAP) saytına istinadən verdiyi məlumata görə, bunu Sumqayıt şəhərində 41 saylı I Dairə Seçki Komissiyasının 24 saylı seçki məntəqəsində səsvermə prosesini izləyən Bolqarıstandan olan xarici müşahidəçi Həmid Həmid deyib. Beynəlxalq müşahidəçi seçkinin normal keçdiyini bildirib: “Seçkilər şəffaf keçirilir. Saatlar keçdikcə seçici aktivliyi də xüsusi nəzərimizə çarpır".