Bank Of Baku

BŞİH VAP-ın qurultayla bağlı müraciətinə cavab verib

BŞİH VAP-ın qurultayla bağlı müraciətinə cavab verib
# 03 iyun 2016 10:36 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Vahid Azərbaycan Partiyasının (VAP) qurultaya yer ayrılması ilə bağlı müraciətinə cavab verib.

 

Bu barədə APA-ya VAP-ın Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Əhəd Məmmədli məlumat verib.

 

O bildirib ki, BŞİH-ə ünvanlanan müraciətdə qurultay keçirilməsi üçün "Bakı" kinoteatrı və ya Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının ayrılması xahiş edilsə də, Səttar Bəhlulzadə Adına Mədəniyyət Evi məsləhət görülüb: “Bu ərazi isə mərkəzdən uzaqdır, texniki imkanları zəifdir. Buna baxmayaraq, orada qurultayımızı keçirmək üçün danışıqlar aparacağıq. Yekun qərar Təşkilat Komitəsinin iclasında açıqlanacaq”.

 

Qeyd edək ki, partiyanın qurultayının iyunun 12-də keçirilməsi nəzərdə tutulur.

 

Müsavat Partiyasının başqanlığına sabiq namizəd, "Ağ blok"un həmtəsisçisi Tural Abbaslı və bir qrup tərəfdarı Müsavatdan istefa verərək VAP-a qoşulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR