Bank Of Baku

Cəmil Həsənli “El” hərəkatının rəhbərliyi ilə görüşüb - YENİLƏNİB

Cəmil Həsənli “El” hərəkatının rəhbərliyi ilə görüşüb - <span style="color: red;">YENİLƏNİB
# 06 sentyabr 2013 11:54 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli ilə “El” hərəkatının rəhbərliyi arasında görüş yekunlaşıb.

 

Görüşdən sonra APA-ya açıqlama verən Milli Şuranın Mərkəzi İcra Aparatının rəhbəri, “El” hərəkatının sədri Eldar Namazov bildirib ki, görüşdə qarşıdan gələn prezident seçkiləri ilə bağlı görülən işlər, hərəkata istintaq qurumları tərəfindən edilən təzyiqlər müzakirə olunub.

 

E. Namazov qeyd edib ki, Milli Şura daxilində hər hansı ciddi narazılıq yoxdur.

 

Qüvvələr seçki prosesinə cəlb edildiyi üçün “El” hərəkatı ətrafında yaranmış vəziyyətə kifayət qədər diqqət yetirilməyib: “Bugünkü görüşdə bu məsələ də tam həllini tapdı. Biz bir təşkilatıq, aramızda narazılığa səbəb olan məsələ yoxdur”.

 

 

 

***

 

saat 12.21

 

Bakı. Ramil Məmmədli - APA. Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli ilə “El” Hərəkatının rəhbərliyi arasında görüş keçirilir.

 

APA-nın məlumatına görə, C. Həsənlinin təşəbbüsü ilə keçirilən görüş Rüstəm İbrahimbəyovun İçərişəhərdə yerləşən ofisində başlayıb.

 

“El” hərəkatından APA-ya verilən xəbərə görə, qapalı keçirilən görüşdə Milli Şurada son zamanlar baş verənlər, “El” hərəkatının adıçəkilən qurumda təmsil olunan bəzi partiyaların fəaliyyətindən narazılığı, prezident seçkiləri, R. İbrahimbəyovun vəziyyətlə bağlı mövqeyi, seçkiqabağı təbliğat kampaniyası zamanı Milli Şurada yaranan arzuolunmaz mühit müzakirə mövzusu olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR