Bank Of Baku

Cəmil Həsənli Milli Şuranın mitinq keçirməsinə qərar verib

Cəmil Həsənli Milli Şuranın mitinq keçirməsinə qərar verib
# 06 dekabr 2013 12:18 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Milli Şura dekabrın 15-də qiymət artımına etiraz olaraq mitinq keçirməyə qərar verib. Bunu APA-ya açıqlamasında Milli Şuranın sədri Cəmil Həsənli bildirib.

 

Cəmil Həsənli deyib ki, mitinqin keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunacaq.

 

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı APA-ya açıqlamasında bu barədə məlumatlı olmadığını söyləyib.

 

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı isə APA-ya açıqlamasında Milli Şuranın dekabrın 15-də mitinq keçirmək barədə qərar verdiyini təsdiqləyib. Onun sözlərinə görə, bu məsələ Milli Şuranın son sessiyasında qısa da olsa, müzakirə edilib: “Sessiyada qiymət artımı ilə bağlı mitinqin keçirilməsi ilə bağlı məsələ Milli Şuranın sədri kimi Cəmil Həsənliyə və sədr aparatına həvalə olunub. Cəmil Həsənli də ötən müddət ərzində Milli Şuranın ayrı-ayrı üzvləri, partiyaların liderləri ilə görüşərək məsləhətləşmə aparıb və mitinqlə bağlı qərar verilib”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR