Bank Of Baku

Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi: “AXCP-dən, İctimai Palatadan və Milli Şuradan istefa vermişəm”

Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi: “AXCP-dən, İctimai Palatadan və Milli Şuradan istefa vermişəm”
# 11 sentyabr 2013 11:57 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında AXCP Naxçıvan Muxtar Respublika Təşkilatının sədr müavini, İctimai Palatanın üzvü, Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Həsən Şıxəliyev deyib.

 

H. Şıxəliyev bildirib ki, o həm AXCP-də, həm İctimai Palatada, həm də Milli Şurada tutduğu postlardan imtina edib: “AXCP-dən tərk etməyinin səbəbi də bu partiyanın Milli Şuradakı fəaliyyəti ilə bağlıdır. Əvvəl düşündüm ki, AXCP öz mövqeyini açıqlayacaq və yolundan sapmayacaq. Artıq bunun əksini görürəm. Bu şəkildə seçkilərə getmək olmaz. Onların arxasınca getməyin də mənasını görmürəm. Çünki Milli Şurada təmsil olunan partiyaların fikirləri indidən parçalanıb”.

 

O bildirib ki, Milli Şurada təmsil olunan müxalifət partiyaları vətəndaşların maraqlarını nəzərə almadan, siyasi istəklərinə çatmağa çalışır.

 

H. Şıxəliyev qeyd edib ki, adıçəkilən qurumlardan istefa verməsinə baxmayaraq, müxalifət mövqeyindən çəkinmək niyyətində deyil: “Lakin heç bir partiyaya keçmək fikrində deyiləm. Bundan əvvəl Böyük Quruluş Partiyasının Naxçıvan Muxtar Respublikası Təşkilatının sədri olmuşam. Bu postdan istefa verməyimin də səbəbi bu cür oyunlar olub. Burada da oyuna salındığımızı hiss edim, kənarlaşmaq qərarına gəldim. Mən seçkilərdə fon yaratmaq niyyətim yoxdur”.

 

AXCP sədrinin müavini Asəf Quliyev isə APA-ya açıqlamasında deyib ki, H. Şıxəliyev rəsmi olaraq partiyanın Naxçıvan Muxtar Respublikası Təşkilatının sədr müavini olmayıb: “O dörd aydır, bizim partiyaya keçib və fəaliyyəti sınaq xarakteri daşıyıb”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR