Bakı. Ramil Məmmədli - APA. Milli Şuranın ikinci (ehtiyat) vahidi namizədi Cəmil Həsənlinin Təşəbbüs Qrupunun təsis yığıncağı keçirilib.
APA-nın məlumatına görə, Təşəbbüs Qrupuna 150 nəfərə yaxın şəxs seçilib.
Qrupun MSK-dakı səlahiyyətli nümayəndəsi Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı seçilib.
Təşəbbüs qrupu Cəmil Həsənlinin namizədliyinin təsdiq olunması ilə bağlı sənədləri avqustun 24-də Mərkəzi Seçki Komissiyasına təqdim edəcək.