Bank Of Baku

Cenevrədə “altılıq” ölkələrinin nümayəndələri İranla ikitərəfli danışıqlar keçirir

Cenevrədə “altılıq” ölkələrinin nümayəndələri İranla ikitərəfli danışıqlar keçirir
# 07 noyabr 2013 19:38 (UTC +04:00)

Bakı-APA. Cenevrədə “altılıq” ölkələrinin nümayəndələri İranla ikitərəfli danışıqlar keçirir.  APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə  Avropa İttifaqının xarici işlər və təhlükəsizlik üzrə nümayəndəsi Ketrin Eştonun mətbuat katibi Maykl Mann jurnalistlərə açıqlamasında deyib.

 

Noyabrın 7-də Cenevrədə “altılıq” ölkələri (Rusiya, ABŞ, Çin, Fransa, Böyük Britaniya, Almaniya) və İran arasında sonuncunun nüvə proqramı ilə bağlı növbəti danışıqlar raundu başlayıb.

 

“Günün ikinci yarısı ikitərəfli görüşlərə həsr olunub”, deyə Mann bildirib. “Danışıqlarda irəliləyiş var. Müzakirələr davam edir, lakin görüşün nəticələri haqqında hələlik  hər hansı bir fikir söyləməzdim. Danışıqlar mürəkkəb bir şeydir və lazım gələrsə, onlar iki gündən artıq da davam edə bilər”, deyə Mann əlavə edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR