Bank Of Baku

Çili prezidenti Azərbaycan dövlət başçısını təbrik edib

Çili prezidenti Azərbaycan dövlət başçısını təbrik edib
# 25 oktyabr 2013 14:52 (UTC +04:00)

Bakı - APA. Çili prezidenti Sebastian Pinera Eçenike Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. APA-nın məlumatına görə, İ. Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbriklərini çatdıran Çili lideri bu qələbənin Azərbaycan xalqının ona olan etimadını və nikbinliyini bir daha sübut etdiyini vurğulayıb.

 

Fransanın Konyak şəhərinin meri Mişel Qurinças, Merilend Universitetinin professoru, Vaşinqtondakı Şərq-Qərb Mərkəzinin direktoru, akademik Roald Saqdeyev, Macarıstanın Dyöndyöş şəhərinin meri Laslo Faraqo, Smolnı İnstitutunun Ali İnzibati Şurasının sədri Heydər İmanov, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı üzrə Rusiya Milli Komitəsinin sədri, QDİƏT İşgüzar Şurası Direktorlar Şurasının üzvü Viktor Arxipov, M.F.Vladimirski adına Moskva Vilayət Elmi Tədqiqat Klinik İnstitutu urologiya bölməsinin rəhbəri, Rusiya Tibb Elmləri Akademiyasının akademiki, Rusiya Federasiyasının Əməkdar Elm Xadimi, professor, tibb elmləri doktoru Marqarita Trapeznikova və N.K.Baybakov adına İqtisadi İnkişafa Yardım Fondunun prezidenti Valeri Serov da Azərbaycan prezidentinə təbrik ünvanlayıblar. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR