Bakı – APA. Finlandiya prezidenti Sauli Niiniste Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. APA-nın məlumatına görə, İ. Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edən S. Niiniste ali dövləti vəzifəsində ona böyük uğurlar arzulayıb, yüksək ehtiramımı çatdırıb.
Braziliya Federativ Respublikasının Prezidenti Dilma Roussef, Panama Respublikasının Prezidenti Rikardo Martinelli Berrokal, Kolumbiya Respublikası Senatının sədri Xuan Fernardo Kristo, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu, Beynəlxalq Hüquqşünaslar İttifaqının sədri Andrey Trebkov, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, SSRİ xalq rəssamı Tahir Salahov, Mərmərə Qrupu Vəqfinin sədri Akkan Suver, Avrasiya Qiymətləndiricilər Birlikləri Şurasının baş direktoru Nikolay Trifonov, ABŞ Konqresinin üzvü Robert B.Aderholt, Rusiya Tibb Elmləri Akademiyasının N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzi Federal Dövlət Büdcə İdarəsinin direktoru, Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki, professor, tibb elmləri doktoru Mixail Davıdov, Rusiya Neft-Qaz Sənayeçiləri İttifaqı Şurasının sədri Yuri Şafranik, Dünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional Ofisinin direktoru Jujanna Cakab və Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin müavini Maqomedsalam Maqomedov da Azərbaycan dövlət başçısına təbrik ünvanlayıblar.