Bank Of Baku

Dairə seçki komissiyalarındakı informasiya texnologiyaları mütəxəssisləri üçün treninqlərə start verilib

Dairə seçki komissiyalarındakı informasiya texnologiyaları mütəxəssisləri üçün treninqlərə start verilib
# 30 sentyabr 2013 08:42 (UTC +04:00)

APA-nın məlumatına görə, tədbiri MSK Katibliyinin müdiri Rövzət Qasımov açaraq bildirib ki, MSK seçkilərin şəffaflığı və informasiyaların sürətlə, tez bir zamanda cəmiyyətə çatdırılması üçün bir sıra tədbirlər həyata keçirib. Onun sözlərinə görə, əvvəlki seçkilərdə hesablama prosesi daha çox vaxt aparsa da, bu dəfə məlumatları daha tez ictimaiyyətə çatdırılması üçün bir sıra işlər görülüb.

 

R.Qasımov deyib ki, MSK-nın məqsədi səsvermə günü nəticələrin maksimum dəqiq və tez ictimailəşdirilməsidir. Bunun üçün DSK-lardakı məsləhətçi-operatorların üzərinə mühüm vəzifə düşür.

 

Sonra MSK katibliyinin informasiya mərkəzinin müdiri Rüfət Gülməmmədov məsləhətçi-operatorlar üçün məruzə ilə çıxış edib. O bildirib ki, treninqin məqsədi operatorlara seçki günü məlumatları MSK-ya ötürmək üçün istifadə edəcəkləri “SEÇKİLƏR” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin yeni şəbəkə variantı barədə praktik bilgi vermək, əyani formada istifadə qaydalarını öyrətmək, onları maraqlandıran suallara aydınlıq gətirməkdir.

 

R.Gülməmmədov əlavə edib ki, “Elektron hökumət” sisteminə keçidlə əlaqədar MSK bir sıra elektron xidmət resurslarının tətbiqinə başlayıb. Onun fikrincə, həmin xidmətlər vasitəsilə vətəndaşlar öz seçki hüquqlarının həyata keçirilməsini daha rahat formada təmin edə biləcəklər. Seçkilər yaxınlaşdıqca elektron xidmətlərin sayının artırılacağını bildirən mərkəzin müdiri yaxın zamanda rəhbərlik etdiyi qurumun yeni veb-səhifəsinin istifadəyə veriləcəyini deyib.

 

Qeyd edək ki, treninq üç gün davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR