Bakı - APA. Deputat Novruz Aslanov aprelin 16-da İsmayıllı Rayon İcra Hakimiyyətinin 2014-cü ilin 1-ci rübünün yekunlarına dair hesabat yığıncağında iştirak edib.
Deputatın qərargahından APA-ya verilən məlumata görə, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov yığıncaqda məruzə ilə çıxış edib. Yerli hökumət strukturlarının rəhbərləri də öz sahələrində görülən işlər barədə hesabat veriblər.
Milli Məclisin deputatı N. Aslanov çıxışında regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının yerlərdə icrasının uğurla aparılmasından söhbət açıb və əldə olunan nailiyyətlər barədə məlumat verib.
Sonda toplantıda rayon rəhbərliyi və yerli ictimaiyyət bu sahədə rayona göstərilən diqqətə görə hökumət strukturlarının rəhbərlərinə təşəkkürlərini bildiriblər.