Bank Of Baku

Ədliyyə Nazirliyi AXCP mübahisəsi ilə bağlı qərar verib

Ədliyyə Nazirliyi AXCP mübahisəsi ilə bağlı qərar verib
# 13 noyabr 2015 12:12 (UTC +04:00)

Bakı - APA. Ədliyyə Nazirliyi Əli Kərimli və Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-lərin qurultaylarının nəticələri barədə qərar verib.

 

APA-nın məlumatına görə, Ə. Kərimli özünün “Facebook” səhifəsində yazıb ki, Ədliyyə Nazirliyi hər iki tərəfin təqdim etdiyi sənədləri geri qaytarıb.

 

Ədliyyə Nazirliyindən Ə. Kəriminin rəhbərlik etdiyi AXCP-yə göndərilən məktubda bildirilib ki, R. Nurullayev də Ədliyyə Nazirliyinə “AXCP Etimad qurultayı” adı ilə sənəd təqdim edib və nazirlik eyni hüquqi şəxsin rəhbər orqanlarının formalaşdırılması barədə bir-birinə zidd olan müraciətlərin daxil olduğunu nəzərə alaraq təqdim edilən sənədləri geri qaytarıb.

 

Ədliyyə Nazirliyi hər iki tərəfə təklif edib ki, mübahisəli məsələni həll etmək üçün məhkəməyə müraciət etsinlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR