Bank Of Baku

Əli Əhmədov: “İlham Əliyev xalqın dəstəyi ilə növbəti beş ildə də Azərbaycana rəhbərlik edəcək” - VİDEO

Əli Əhmədov: “İlham Əliyev xalqın dəstəyi ilə növbəti beş ildə də Azərbaycana rəhbərlik edəcək” - <span style="color: red;">VİDEO
# 09 oktyabr 2013 17:48 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında bu gün keçirilən prezident seçkiləri ilə bağlı mətbuat konfransı keçirilib.

 

YAP sədrinin müavini, icra katibi Əli Əhmədov bildirib ki, saat 08:00-da başlayan səsvermə saat 19:00-da başa çatıb və seçkilər baş tutmuş hesab edilir.

 

O qeyd edib ki, ilkin məlumatlara əsasən, YAP lideri İlham Əliyev növbəti dəfə qələbə çalıb: “Xalqın dəstəyi sayəsində İlham Əliyev növbəti beş ildə də Azərbaycana rəhbərlik edəcək. Keçirilən “exit poll”arın nəticələrinə əsasən də, İlham Əliyev seçicilərin 83%-dən çoxunun səsini qazanıb. Ümid edirik ki, yaxın vaxtlarda Mərkəzi Seçki Komissiyası da nəticələri gecikdirməyib elan edəcək”.

 

Ə. Əhmədov onu da qeyd edib ki, ilkin məlumatlara görə, seçkilərdə seçicilərin 70%-dən çoxu iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR