Bank Of Baku

Əli Əhmədov: “Seçki kampaniyası dövründə YAP tərəfindən 2500-dən çox müxtəlif səviyyəli tədbir keçirilib”

Əli Əhmədov: “Seçki kampaniyası dövründə YAP tərəfindən 2500-dən çox müxtəlif səviyyəli tədbir keçirilib”
# 09 oktyabr 2013 18:26 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. “Azərbaycanda keçirilən prezident seçkilərinə beynəlxalq təşkilatlar tərəfindən ciddi maraq olub. Bu dəfə dünyanın 100 ölkəsini təmsil edən 1400-ə yaxın beynəlxalq müşahidəçi seçkilərin gedişini izləyib”. APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov partiyanın qərargahında keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, seçki kampaniyası dövründə YAP tərəfindən 2500-dən çox müxtəlif səviyyəli tədbir keçirilib və bu tədbirlərdə 2 milyondan çox seçici iştirak edib: “Çoxsaylı müşahidəçilərin məlumatları təsdiq edir ki, İlham Əliyev bu seçkilərdə böyük və inamlı qələbə qazanıb. Bu qələbənin kökündə son beş ildə Azərbaycanda həyata keçirilmiş nəhəng layihələr, böyük işlər və əzəmətli nailiyyətlər dayanır. Qarşıdakı dövrdə ötən illərdə həyata keçirilmiş siyasət davam etdiriləcək və bu, Azərbaycana daha böyük uğurlar qazandıracaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR