Əli Əhmədov: "Qanunu pozmuş, cənab prezidentin etimadını doğrultmamış, hardasa bu etimada xəyanət etmiş şəxslər ciddi cəzalanacaq” - VİDEO

Əli Əhmədov: "Qanunu pozmuş, cənab prezidentin etimadını doğrultmamış, hardasa bu etimada xəyanət etmiş şəxslər ciddi cəzalanacaq” - <span style="color: red;">VİDEO
# 21 noyabr 2015 08:32 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. “Bu və ya digər nazirliklərdə ciddi qanun pozuntularının aşkar olunması bizi narahat edir”.

 

APA-nın məlumatına görə, bunu baş nazirin müavini Əli Əhmədov son günlər baş verən hadisələrə münasibət bildirərkən deyib.

 

Ə. Əhmədov qeyd edib ki, bu məsələ ölkə başçısının diqqətindədir: “Əlbəttə ki, bu məsələdə qanunu pozan, cənab prezidentin etimadını doğrultmayan və hardasa cənab prezidentin etimadına xəyanət etmiş insan varsa, ciddi cəzalanacaq”.

 

Ə. Əhmədov əlavə edib ki, nazirlərin vəzifəyə təyin olunub, işdən azad edilməsi prezidentin səlahiyyətində olan məsələdir.

 

Qeyd edək ki, son bir ay ərzində milli təhlükəsizlik və rabitə və yüksək texnologiyalar nazirləri işdən çıxarılıb, hər iki nazirliyin bir neçə yüksək vəzifəli əməkdaşı həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR