Bank Of Baku

Əli Əhmədov Avropa Xalq Partiyasının baş katibi ilə görüşüb

Əli Əhmədov Avropa Xalq Partiyasının baş katibi ilə görüşüb
# 16 iyun 2016 15:53 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan baş nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov Avropa Xalq Partiyasının baş katibi, Mərkəzçi Demokratlar İnternasionalının icraçı katibi Antonio-Lopez İsturizin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

Partiyadan APA-ya verilən məlumata görə, görüşdə Yeni Azərbaycan Partiyası ilə Avropa Xalq Partiyası, eləcə də Mərkəzçi Demokratlar İnternasionalı arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

 

Müzakirələrdə vurğulanıb ki, Yeni Azərbaycan Partiyası ilə Avropa Xalq Partiyası, eləcə də Mərkəzçi Demokratlar İnternasionalı arasında sıx əməkdaşlıq əlaqələri Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafına öz töhfəsini verəcək. Görüşdə Mərkəzçi Beynəlxalq Demokratların Avrasiya və Sakit okean regionu üzrə koordinatoru və Yeni üzvlüklər Komitəsinin vitse-prezidenti Cesar Mateo Rossello Lopez iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR