Bank Of Baku

Fələstin rəhbəri Mahmud Abbas prezident İlham Əliyevi təbrik edib

Fələstin rəhbəri Mahmud Abbas prezident İlham Əliyevi təbrik edib
# 12 oktyabr 2013 14:13 (UTC +04:00)

Bakı – APA. Fələstin dövlətinin prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Azərbaycan prezidentini təbrik edib. APA-nın xəbərinə görə, təbrik məktubunda deyilir:

 

“Yenidən qardaş Azərbaycan Respublikasının prezidenti seçilməyiniz münasibətilə Sizi Fələstin dövləti və xalqı adından və şəxsən öz adımdan təbrik etməkdən böyük məmnunluq duyuram. Xalqınızın məqsədlərinə çatmasında, inkişafı və tərəqqisi yolunda göstərdiyiniz səylərdə zati-alinizə uğurlar arzu edirəm. Sizə xalqlarımızın və ölkələrimizin qarşılıqlı faydalı əməkdaşlığı naminə tərəfdaşlığımızı təklif edir, həmçinin tarixi qardaşlıq əlaqələrimizin gücləndirilməsini diləyirik”.

 

MDB-nin Beynəlmiləl döyüşçülərin işləri üzrə Komitəsinin sədri, Sovet İttifaqı Qəhrəmanı Ruslan Auşev də Azərbaycan prezidenti İlham Əliyevə təbrik göndərib. Təbrikdə deyilir:

 

“Hörmətli İlham Heydər oğlu! Prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Əminəm ki, zəngin həyat təcrübəniz və yüksək peşəkarlığınız Azərbaycan Respublikasının dinamik və davamlı inkişafına dair məsələləri gələcəkdə də uğurla həll etməyinizə imkan verəcək. Planlarınızın və təşəbbüslərinizin həyata keçməsində səmimi qəlbdən yeni uğurlar, möhkəm cansağlığı, firavanlıq, Sizə və yaxınlarınıza xoşbəxtlik arzulayıram”.
 

Fransanın Burqundiya regionunun Yon vilayəti Ali Şurasının prezidenti Andre Vilyedən də təbrik daxil olub. Təbrikdə bildirilir:

 

“Zati-aliləri, icazə verin, yenidən Azərbaycan Respublikasının prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edim. Birinci və ikinci prezidentlik müddətinizdə ölkənizin Sizin sayənizdə təmin edilmiş möhtəşəm iqtisadi inkişafı və həyata keçirdiyiniz cəsarətli demokratik islahatlar Sizin bu yüksək vəzifəyə yenidən seçilməyiniz üçün həlledici rol oynadı. Mən xüsusi olaraq şərəf hissi keçirirəm ki, bu il oktyabrın 31-dən noyabrın 1-dək Bakıda Üçüncü Beynəlxalq Humanitar Forumda, noyabrın 1-2-də isə Gəncədə İkinci Beynəlxalq Üzüm və Şərab Festivalında iştirak etmək üçün çox yaxın vaxtlarda Azərbaycana səfər edəcəyəm. Bu səfər zamanı Azərbaycan ilə Yon vilayəti arasında mövcud olan tərəfdaşlığın, o cümlədən maldarlıq, şərabçılıq, çörək məhsulları istehsalı sahələrində və futbol üzrə əməkdaşlığımızın daha da gücləndirilməsi üçün yeni bir fürsət yaranacaq”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR