Bakı. Viktoriya Dementyeva – APA. Fransa Senatının nümayəndə heyəti gələn həftə Azərbaycana səfər edəcək.
APA-nın xəbərinə görə, senator Natali Qulenin başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 9-da keçiriləcək Azərbaycan prezidenti seçkilərini müşahidə edəcək.
N.Qule səfər öncəsi verdiyi açıqlamada bildirib ki, bu seçkilər təkcə ölkənin gələcəyi üçün yox, həm də bütün region üçün mühüm əhəmiyyət daşıyır.