Azərbaycan Prezidenti Gəncə və Sumqayıt apellyasiya məhkəmələrinə yeni hakimlərin təyin olunması ilə bağlı Milli Məclisə təqdimat göndərib. APA-nın məlumatına görə, təqdimat bu gün MM-in Hüquq siaysəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə olunub.
Layihəyə görə, Kəpəz rayon məhkəməsinin hakimi Nuru Nadir oğlu Quliyev və Tovuz rayon məhkəməsinin hakimi Ədil İsa oğlu Məmmədov Gəncə Apellyasiya Məhkəməsinə, Quba rayon Məhkəməsinin hakimi Elman Məmməd oğlu Əhmədov, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin hakimi Zaur İkram oğlu Məmmədov isə Sumqayıt şəhər Apelyyasiya Məhkəməsinə hakimliyə təqdim olunublar.
Komitə təqdimatı qəbul edərək plenar iclasa tövsiyə edib.