Bank Of Baku

Gəncədə 754 nəfər daşınan seçki qutularından istifadə etmək üçün müraciət edib - VİDEO

Gəncədə 754 nəfər daşınan seçki qutularından istifadə etmək üçün müraciət edib - <span style="color: red;">VİDEO
# 09 oktyabr 2013 14:07 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə daşınan qutularla bağlı edilən müraciətlərin yarıdan çoxu həllini tapıb. Bu barədə APA-nın qərb bürosuna dairə seçki komissiyalarından məlumat verilib. Məlumata görə, seçki günü sağlamlıqları ilə bağlı məntəqəyə gələ bilməyən 754 nəfər evlərinə seçki qutusu göndərilməsi ilə əlaqədar seçki məntəqələrinə müraciət edib. Onlardan 231 nəfəri 37 saylı Nizami birinci Seçki Dairəsinin, 94 nəfəri 38   saylı Nizami ikinci Seçki Dairəsinin, 108 nəfəri Kəpəz birinci Seçki Dairəsinin, 321 nəfəri isə 40 saylı Kəpəz ikinci Seçki Dairəsinin payına düşür.

 

Gəncədə 37, 38, 39 və 40 saylı olmaqla 4 dairə 107 məntəqə seçki komissiyası fəaliyyət göstərir. Məlumata görə şəhərdə 147 min 272 nəfərin adı seçici siyahısına salınıb. Bundan başqa seçkiyə 3 gün qalmış hərbi hissələrdə və 1 saylı istintaq təcridxanasında yaradılan 7 məntəqədə var. Burada 7426 nəfər seçici siyahıya salınıb. Gəncədə olan məntəqələrin 40-da veb-kamera quraşdırılıb. 31 məntəqədə isə əlil arabaları ilə hərəkət edənlərin binaya daxil olmaları üçün xüsusi pantuslar quraşdırılıb.

 

Dairə seçki komissiyalarından verilən məlumata görə şəhərdə 28 nəfəri beynəlxalq, 1381 nəfəri isə yerli olmaqla 1409 müşahidəçi qeydiyyata alınıb. Yerli müşahidəçilərdən 317 nəfəri siyasi partiyalar, 1064 nəfəri isə öz təşəbbüsləri ilə səsvermə prosesini izləyir.  

 

Beynəlxalq müşahidəçilərdən isə 18 nəfəri ATƏT-in, 10 nəfəri isə MDB PA-nın xətti ilə Gəncədə seçkiləri müşahidə edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR