Bank Of Baku

Gənclərin seçkiyə cəlb olunması məqsədilə başlanan “Səs Ver” kampaniyasının təqdimatı keçirilib - VİDEO - FOTOSESSİYA

Gənclərin seçkiyə cəlb olunması məqsədilə başlanan “Səs Ver” kampaniyasının təqdimatı keçirilib - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTOSESSİYA
# 23 sentyabr 2013 09:06 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Prezident seçkilərində gənclərin seçki prosesinə cəlb olunması məqsədilə başlanan “Səs Ver” kampaniyasının təqdimat mərasimi olub. APA-nın məlumatına görə, kampaniya “İrəli” İctimai Birliyinin təşəbbüsü, Mərkəzi Seçki Komissiyasının (MSK) dəstəyi ilə həyata keçiriləcək.

 

Tədbiri giriş sözü ilə açan “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev deyib ki, bu il ümumilikdə 5 milyon nəfər seçici səsvermədə iştirak edəcək və onların 2 milyon nəfəri, yəni 40 faizi gənclərdir. Gənclər arasında təxminən 500 min nəfəri ilk dəfə prezident seçkilərində səs verəcək ki, bu da ümumi seçicilərin 10 faizini təşkil edir.

 

R. Mərdiyev onu da bildirib ki, “Səs Ver” kampaniyasının məqsədi qarşıdan gələn seçkilərdə səsvermə hüququndan ilk dəfə istifadə edəcək gənclərin maarifləndirilməsi, onların seçkilərdə fəal iştiraka həvəsləndirilməsi, gənclər arasında fəal vətəndaşlığın təbliği, bütün ölkə üzrə ilk dəfə səs verəcək gənclərin şəbəkəsinin yaradılmasını təmin etməkdir.

 

Mərkəzi Seçki Komissiyası (MSK) katibliyin müdiri Rövzət Qasımov seçkinin cəmiyyətin inkişafındakı rolundan danışıb və bu prosesdə gənclərin iştirakının vacibliyini vurğulayıb. O, oktyabrın 9-da keçiriləcək prezident seçkilərində gənclərin fəallıq nümayiş etdirəcəyinə ümidvar olduğunu da qeyd edib.

 

Mərasimdə kampaniya çərçivəsində hazırlanan saytın və gəncləri seçkilərdə fəal olmağa səsləyən “Səs Ver” mahnısının da təqdimatı keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR