Bakı. Anaxanım Hidayətova – APA. GUAM müşahidə missiyası oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün Bakıya gəlib.
GUAM mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müşahidə missiyasına GUAM baş katibi Valeri Çeçelaşvili başçılıq edir.
Nümayəndə heyətinə ukraynalı deputat Ruslan Aripov, Gürcüstan parlamentinin deputatları Vaxtanq Lemancava və Qedevan Popxodze daxildir.
Nümayəndə heyətinin MSK sədri, siyasi partiya, KİV və QHT nümayəndələri ilə görüşləri gözlənilir.