Bakı. Etibar Məmmədov-APA. “
Bu açıqlamanı APA-ya Müsavat Partiyası başqanının müavini, Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin Təşəbbüs Qrupunun rəhbəri Gülağa Aslanlı verib.
G. Aslanı bildirib ki, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Cəmil Həsənli üçün imza toplamaqdan imtina etməsinə münasibət bildirib. O qeyd edib ki, burada hər hansı bölgü müəyyənləşdirilməyib. Onun sözlərinə görə, əvvəlcədən Milli Şuraya daxil olan təşkilatlara seçki qərargahının işində və imzatoplamada iştirak üçün müraciət olunub, lakin bəzi təşkilatlar bu müraciətlərə reaksiya verməyib. Ona görə də sonradan imza vərəqələri bu təşkilatlara paylanılıb: “Cəmil Həsənlinin təşəbbüs qrupu yarananda və həmin vaxt artıq təşəbbüs qrupunun sənədləri MSK-ya veriləndən sonra Cəmil Həsənlinin seçki qərargahı yaradılması məsələsinə başlanıldı. Seçki qərargahının yaradılması üçün Milli Şurada fəaliyyət göstərən siyasi partiya rəhbərlərinə müraciət olundu. Əslində müraciət olunmalı deyildi, onlar özləri bu prosesdə iştirak etməli idilər. Buna baxmayaraq, biz çoxlarına, ö cümlədən də KXCP rəhbərliyinə müraciət etmişik ki, seçki qərargahında təmsil olunmaq üçün onlarla qərargaha gələrək məsləhətlər aparılmalıdır. KXCP-yə müraciət etdiyimiz şəxslər isə bildiriblər ki, partiyanın sədri burda deyil və o gələndən sonra bu məsələyə baxılacaq. Artıq imza vərəqələri alındı və qanuni şəkildə dolduruldu. Eyni zamanda KXCP üçün də 1000 imzalıq vərəqələr saxlanıldı. Onların bundan imtinası öz hüquqlarıdır və mən buna hörmətlə yanaşıram”.