Bakı. Etibar Məmmədov-APA. Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyevin prezidentliyə namizədliyi üçün toplanan imzalar bu gün Mərkəzi Seçki Komissiyasına təqdim ediləcək.
Bu barədə APA-ya H. Hacıyev məlumat verib. Onun sözlərinə görə, imzatoplama kampaniyası artıq başa çatıb və 44600 imza toplanıb: “Böyük ehtimalla toplanan imzalar bu gün MSK-ya təqdim ediləcək”.