Bakı. Etibar Məmmədov – APA. “İctimai Palatanın buraxılması məsələsi gündəmdə deyil”
Bunu APA-ya açıqlamasında İctimai Palatanın (İP) Koordinasiya Şurasının üzvü Pənah Hüseyn İP-nın buraxılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
P. Hüseyn qeyd edib ki, hazırda bütün diqqət prezident seçkilərinə yönəldiyindən, İctimai Palatanın buraxılması məsələsi müzakirə olunmur. İctimai Palatanın buraxılmasını istisna etməyən P. Hüseynin sözlərinə görə, bu məsələyə prezident seçkilərindən sonra baxılacaq.