Bank Of Baku

Prezident Naxçıvan Muxtar Respublika Xəstəxanasına 9 milyon manat ayrılması barədə sərəncam imzalayıb

Prezident Naxçıvan Muxtar Respublika Xəstəxanasına 9 milyon manat ayrılması barədə sərəncam imzalayıb
# 11 aprel 2014 16:04 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublika Xəstəxanasının müasir tibbi avadanlıqla təchiz olunması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

 

APA-nın məlumatına görə, sərəncama əsasən, Naxçıvan Muxtar Respublika Xəstəxanasının müasir tibbi avadanlıqla təchiz olunması məqsədi ilə prezidentin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 9 milyon manat ayrılıb
 

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR