Bank Of Baku

İlkin Nəcəfzadə ilə APA XƏBƏR - VİDEO

İlkin Nəcəfzadə ilə APA XƏBƏR - <span style="color: red;">VİDEO
# 12 aprel 2014 17:08 (UTC +04:00)

Bakı-APA. Bu dəfə şanslı olduqlarını düşünürdülər. Vaşinqtonda türk səfirin müvəqqəti olmamasını və Türkiyədə bəzi sosial şəbəkələrə qoyulan qadağalar kimi xırda məsələləri fürsət bilib yararlanmaq istəyirdilər. Ermənilərin ənənəvi saxta 24 Aprel ssenarisi yenə fiaskoya uğradı. Bu ssenarinin ildə bir dəfə tamaşaya qoyulmasına cəhd edilir. Məkan isə dəyişməzdir, ABŞ Senatı. Və hər il də ermənilər kimlərəsə güvənib bu tamaşanın mütləq reallaşacağına ümid edirlər. Amma alınmır ki, alınmır. Çünki dünyanın anladığı bəzi nüansları ermənilər qəbul etmək istəmir. Mən isə bu iki ölkə arasındakı daha böyük bağları nəzərə alıb, bir daha təkrar etməyi özümə borc bilib, yenə xatırlatmaq istəyirəm.

 

1) ABŞ və Türkiyə 62 illik NATO müttəfiqidirlər...

2) ABŞ-ın Yaxın Şərq regionunda yeganə Hərbi Hava Qüvvələri Bazası məhz Türkiyədədir...

3) Türkiyə ordusu piyada qoşunlarının sayına görə NATO-da ABŞ-dan sonra ikincidir. Bu, məsələnin hərbi maraqlar üzərində qurulan tərəfi.

 

Amma iş yalnız bununla bitmir. Bölgədə birbaşa qərbin maraqları üzərində qurulan layihələrə müəyyən tərəflərin təzyiqi ilə “badalaq” vuran Ermənistanın bu cəhdinin nə vaxtsa baş tutacağı ümumiyyətlə inandırıcı görünmür. Üstəgəl, Ukraynada baş verən hadisələrdə Ermənistanın rəsmi mövqeyi buna bir daha təkan verdi. Və Azərbaycan faktoru. Müstəqil və balanslaşdırılmış enerji siyasətini düzgün quran və Avropanın enerji ilə təminatında Türkiyə ilə sıx əməkdaşlıq edən rəsmi Bakının maraqları da Vaşinqtonun diqqətindən heç vaxt yayına bilməz. Belə... Ermənilər isə xam xəyallar qura-qura növbəti ili gözləyə bilərlər. Bu yerdə mənim yadıma məşhur “Bəxtiyar” filmindəki bir ifadə düşür. “Zəhra, bəlkə bir də...”

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR