Bank Of Baku

Markus Lintner: “Seçki prosesi insidentsiz, standartlara uyğun keçdi”

Markus Lintner: “Seçki prosesi insidentsiz, standartlara uyğun keçdi”
# 09 oktyabr 2013 15:28 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. “Gün ərzində demək olar ki, Bakıdakı əksər seçki məntəqələrində olduq. Seçki prosesi insidentsiz, standartlara uyğun keçdi”. Bunu APA-ya açıqlamasında Almaniyadan olan beynəlxalq müşahidəçi Markus Lintner bildirib. O qeyd edib ki, məntəqələrdə yerləşdirilən veb-kameralar, müşahidəçilər üçün yaradılan sərbəstlik və seçicilərin məntəqələrdəki ruh yüksəkliyi deməyə əsas verir ki, Azərbaycanda seçkilər uğurla keçirilir: “Günün sonuna yaxın Bakının Yasamal rayonu ərazisində baş çəkdiyimiz məntəqələrdə müşahidələrimiz isə deməyə əsas verir ki, səsvermənin yekunlaşmasına baxmayaraq, seçicilər arasında aktivlik səngiməyib”.

 

Almaniyalı müşahidəçinin sözlərinə görə, məntəqələrdə müxalifətdən olan müşahidəçilər və hakim partiyadan olan müşahidəçilər arasında bərabər imkanların yaradılması təqdirəlayiqdir: “Biz onlarla hər məntəqədə söhbət elədik və heç bir narazılıq eşitmədik”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR