APA-nın məlumatına görə, bununla bağlı keçirtdiyi brifinqdə MDB İcraiyyə Komitəsinin katibi Sergey Lebedev bildirib ki, uzunmüddətli missiya öz işinə sentyabrın 10-dan başlayıb, MDB-nin üzvü olan 9 ölkənin nümayəndələrindən ibarət olub və iş zamanı daim MSK ilə əlaqədə olub.
Onun sözlərinə görə, müşahidəçilər 1973 seçki məntəqəni ziyarət edib və müşahidə zamanı seçkilərə tam hazırlığını müşahidə edib. S.Lebedev vurğulayıb ki, missiyanın əsas vəzifəsi seçkilərin ölkə qanunlara uyğun keçirilməsinə nəzarət etməkdən ibarət olub: “Mən şəxsən özüm 21 seçki məntəqəsini ziyarət etdim. Ciddi pozuntular aşkar olunmayıb, sadəcə, bəzi texniki nöqsanlar olub. Məsələn, bir seçki kabinəsinə iki nəfər daxil olub, ya da seçici bülleteni alıb yerindəcə səs verib onu qutuya atıb. Bəzi seçki məntəqələri təyin olunan vaxtından gec açılıb. Bununla belə, bütün seçki məntəqələrində çoxlu müşahidəçilər iştirak edib, minlərlə məntəqələrdə veb-kameralar quraşdırılıb”.
Nəticələrə gəlincə, S.Lebedev vurğulayıb ki, qeydə alınan texniki qüsurlar seçkinin nəticələrinə təsir göstərmək gücündə malik deyil və seçkilər legitim olub: “Seçkilər açıq və şəffaf şəkildə, qəbul olunmuş demokratik normalar, ölkənin Konstitusiyası və Seçki Məcəlləsinə uyğun keçirilib”.
S.Lebedev əlavə edib ki, artıq İlham Əliyevi seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib.