Bank Of Baku

MDB PA-nın baş katibi: “Prezident seçkilərinə hazırlıq çox yüksək səviyyədə təşkil olunub”

MDB PA-nın baş katibi: “Prezident seçkilərinə hazırlıq çox yüksək səviyyədə təşkil olunub”
# 09 oktyabr 2013 13:59 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. “Hesab edirəm ki, prezidentliyə namizədlərin seçkiqabağı debatları kifayət qədər fəal şəkildə keçdi”. APA-nın xəbərinə görə, bunu MDB Parlamentlərarası Assambleyasının baş katibi Aleksey Sergeyev deyib.

 

O qeyd edib ki, MDB PA seçki məntəqələrinin birində səsvermə prosesinin açılışında iştirak edib: “MDB PA-nın beynəlxalq müşahidəçilər qrupunun üzvləri ölkə boyu onlarla seçki məntəqəsində müşahidə aparırlar. Prezident seçkilərinə hazırlıq çox yüksək səviyyədə təşkil olunub”.

 

Qeyd edək ki, MDB PA-nın beynəlxalq müşahidəçilər qrupuna 30 nəfər daxildir. Qrupun koordinatoru Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və xaricdə yaşayan soydaşlarla əlaqələr komitəsinin sədri Leonid Slutskidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR