Bakı – APA. Mərakeş kralı VI Mohammed Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
APA-nın məlumatına görə, İ. Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edən Mərakeş kralı Azərbaycan xalqına daha yüksək tərəqqi və rifah diləyib.
O, qarşılıqlı maraqlara xidmət məqsədilə hər bir sahədə ikitərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətində Azərbaycan prezidenti ilə işləməkdən məmnunluq duyduğunu bildirib
Misir Ərəb Respublikasının müvəqqəti prezidenti Adli Mənsur da Azərbaycan dövlət başçısına təbrik məktubu ünvanlayıb.