Bank Of Baku

Mərkəzi Seçki Komissiyasında 140-dan artıq beynəlxalq müşahidəçi qeydiyyatdan keçib - VİDEO

Mərkəzi Seçki Komissiyasında 140-dan artıq beynəlxalq müşahidəçi qeydiyyatdan keçib - <span style="color: red;">VİDEO
# 18 sentyabr 2013 09:54 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. “Son məlumata görə, Mərkəzi Seçki Komissiyasında 140-dan artıq beynəlxalq müşahidəçi qeydiyyatdan keçib”. Bunu Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Natiq Məmmədov jurnalistlərə açıqlamasında deyib.

 

APA-nın xəbərinə görə, N. Məmmədov bildirib ki, prezident seçkilərini izləmək istəyən beynəlxalq təşkilatların müşahidə missiyaları fəaliyyətə başlayıblar: “Ən əsası odur ki, biz müşahidələrə tam açığıq, müşahidə missiyalarının fəaliyyəti üçün yüksək şərait yaradılıb. Azərbaycanda seçkilərin veb-kameralar tərəfindən izlənilməsini də əlavə etsək, deyə bilərik ki, Azərbaycanda keçirilən seçkiləri dünyanın istənilən yerindən müşahidə etmək mümkün olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR