Bakı. Ramil Məmmədli – APA. “AŞPA müşahidəçiləri 15 qrupa bölünərək bütün seçki dairələrini əhatə edəcəklər. Onlara və ümumiyyətlə, bütün müşahidəçilərə seçkiləri izləmək üçün bütün şərait yaradılacaq”. APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (
M. Pənahov bildirib ki, beynəlxalq müşahidəçilər də daxil olmaqla, ölkə üzrə müşahidə üçün 2395, konkret dairə üzrə isə 7902 müraciət daxil olub. O, müşahidəçilər üçün maarifləndirmə işinin davam etdirildiyini xatırladaraq KİV rəhbərlərinə də müraciət edib: “Hesab edirəm ki, mətbuatın fəaliyyəti seçki günü bütün ölkəni əhatə edəcək. Bununla bağlı bəzi mətbuat qurumlarının rəhbərləri ilə də danışacağam”.
M. Pənahov veb-kameraların quraşdırılması prosesinin sona çatmaq üzrə olduğunu söyləyib.