Bank Of Baku

Milli Məclisin sədri MDB Parlament Assambleyasının müşahidəçilər qrupunu qəbul edib

Milli Məclisin sədri MDB  Parlament Assambleyasının müşahidəçilər qrupunu qəbul edib
# 10 sentyabr 2013 15:05 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov MDB  Parlament Assambleyasının beynəlxalq müşahidəçilər qrupunun əlaqələndiricisi, Rusiya Dövlət  Dumasının  deputatı Leonid  Slutskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Milli Məclisdən APA-ya verilən məlumata görə, parlamentin sədri oktyabr ayında Azərbaycanda keçiriləcək prezident seçkilərinin azad və ədalətli keçirilməsi üçün görülən işlərdən, beynəlxalq müşahidəçilərin prosesi  izləməsi üçün yaradılan şəraitdən, bu sahədə qanunvericiliyin Avropa  standartlarına uyğunlaşdırılması istiqamətində görülən işlərdən danışıb.

 

Spiker ölkənin mühüm siyasi kampaniya ərəfəsində olduğuna diqqət  çəkərək MDB Parlament Assambleyasının bu prosesi izləmək üçün müşahidəçilər qrupunu Azərbaycana göndərməsini yüksək qiymətləndirib.

 

L. Slutski isə ölkədə olduqları müddətdə Azərbaycanın bir sıra bölgələrində - Gəncədə, Samuxda, Şəmkirdə, Lerikdə, Astarada, Lənkəranda prezident  seçkilərinə hazırlıq işləri ilə maraqlandıqlarını söyləyib. O bildirib ki, avqustun əvvəlindən sentyabrın 9-dək qrup üzvlərinin apardığı müşahidələr  əsasında iki sənəd hazırlanıb. Bu sənədlərdən birində seçki prosesi ilə bağlı onların ilkin rəyi, digərində isə ölkənin seçki qanunvericiliyinin Avropa  standartlarına  uyğunluğu barədə fikirlər öz əksini tapıb. Qeyd edilib ki, seçkiləri müşahidə edəcək missiyanın tərkibi artıq tam formalaşıb və 9 oktyabr seçkilərini missiya üzvləri müxtəlif  dairə və məntəqələrdə  izləyəcəklər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR