Bakı. Etibar Məmmədov - APA. Bu gün Milli Şurada təmsil olunan bir neçə nəfər Azərbaycandakı diplomatik korpus nümayəndələri ilə görüşüblər.
APA-nın məlumatına görə, görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət, qarşıdan gələn prezident seçkiləri və başqa məsələlər müzakirə olunub.
Qapalı keçirilən görüşdə Milli Şuranın vahid namizədi Cəmil Həsənli, Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli və Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov iştirak edib.