APA-nın məlumatına görə, sessiyada seçki kampaniyasının təşkili məsələləri müzakirə olunub.
AXCP sədri Əli Kərimli deyib ki, Milli Şuranın vahid namizədinin prezidentliyə qeydiyyata alınması ilə bağlı imzatoplama prosesi yekunlaşmaq üzrədir..
AXCP sədri seçki kampaniyasını aparmaq üçün fond yaradılmasını və bu fonda maliyyə vəsaitləri cəlb etməyi təklif edib: “Bu məsələdə Milli Şuranın üzvləri öncül olaraq ilk addımı atmalıdırlar”.
Seçki qərargahının nümayəndələri bildirib ki, imzaların böyük hissəsi toplanıb. Onlar imzatoplama prosesinə ciddi maneə yaradılmadığını vurğulayıblar.
Qeyd edək ki, Milli Şuranın bugünkü sessiyasında “El” Hərəkatı bütünlüklə iştirak etməyib.
Milli Şuranın bugünkü sessiyasına “El” Hərəkatı qatılmayıb
03 sentyabr 2013 16:26 (UTC +04:00)
Daxili siyasət
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:26
22 iyun 2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:41
21 iyun 2024
Seçki prosesində yeni nəsil şəxsiyyət vəsiqələri sahiblərinin rastlaşdığı problem aradan qaldırılır
12:31
21 iyun 2024
Milli Məclis növbədənkənar parlament seçkilərinin təyin edilməsi üçün Prezidentə müraciət edib - YENİLƏNİB
12:09
21 iyun 2024