Bank Of Baku

Milli Şuranın sabahkı sessiyasında Rüstəm İbrahimbəyovun istefası və quruma yeni sədr seçilməsi məsələləri müzakirə olunacaq

Milli Şuranın sabahkı sessiyasında Rüstəm İbrahimbəyovun istefası və quruma yeni sədr seçilməsi məsələləri müzakirə olunacaq
# 02 dekabr 2013 15:40 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Milli Şurada struktur dəyişikliyi, Məşvərət Məclisinin yaradılması ilə bağlı məsələ qurumun sabah keçiriləcək sessiyasının gündəliyinə salınmayıb.

 

Müsavat Partiyasından APA-ya verilən məlumata görə, sessiyasının gündəliyinə Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun istefa ərizəsinin müzakirəsi və quruma yeni sədr seçkisi məsələləri daxil edilib.

 

“El” Hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev APA-ya açıqlamasında deyib ki, sessiyada quruma sədr seçkisi kifayət qədər vaxt aparacaq.

 

Onun sözlərinə görə, sədr seçkisi ilə bərabər, bir sessiya ərzində Milli Şurada Məşvərət Şurasının, katibliyin yaradılması məsələlərinin müzakirəsi qeyri-mümkündür, bu, çox vaxt aparar.

 

E. Quliyev Milli Şurada struktur dəyişikliyi ilə bağlı bir-birinə zidd mövqelərin olduğunu da xatırladıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR