Bank Of Baku

Milli Şuranın üzvü: “Qurum yalnız müəyyən qrup tərəfindən ortalığa atılmış məsələlərin müzakirəsi ilə məşğul olmalı deyil”

Milli Şuranın üzvü: “Qurum yalnız müəyyən qrup tərəfindən ortalığa atılmış məsələlərin müzakirəsi ilə məşğul olmalı deyil”
# 04 noyabr 2013 09:09 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Milli Şura qurum kimi fəaliyyət göstərməli, yalnız müəyyən qrup tərəfindən ortalığa atılmış məsələlərin müzakirəsi ilə məşğul olmalı deyil”.

 

Bunu APA-ya açıqlamasında Milli Şuranın üzvü, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli verib.

 

R. Əhmədli Milli Şurada təkliflərin bir qrup tərəfindən hazırlanıb, sonradan yalnız qərar verilməsi üçün sessiyaya təqdim olunmasına etiraz edib: “Milli Şurada gündəliyə salınan məsələlər müəyyən qrup tərəfindən deyil, ümumilikdə kollegial olaraq müzakirə edilməlidir. Məsələlər müəyyən formatda qəbul edilib, sonradan Milli Şuranın müzakirəsinə çıxarılır. Biz isə istəyirik ki, bütün məsələlər Milli Şuranın sessiyasında müzakirə olunsun, nəinki əvvəllər hazırlanıb sonradan sadəcə olaraq, qərar qəbul etmək üçün təqdim olunsun. Hamı öz prinsiplərindən bir addım geri çəkilib, qurumun yaradılmasına imza atıbsa, müzakirələr də ayrı-ayrı ikilik, üçlük formatında deyil, kollegial şəkildə olmalıdır”.

 

R. Əhmədli qeyd edib ki, bu gün Milli Şuranın formatında və strukturunda müəyyən dəyişikliklərə ehtiyac var: “Milli Şura yeni qurum olmalıdır. Bunun üçün də Milli Şuranın müəyyən strukturu olmalıdır ki, burda partiya və ya fərdi maraqlardan çıxış edilməsin. Struktur tərəfindən qurumun fəaliyyət proqramı hazırlanmalıdır. Milli Şura öz idarəetmə mexanizmini müəyyənləşdirməli, bütövlükdə demokratik qüvvələri təmsil etməlidir”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR