Bank Of Baku

Mingəçevir, Göyçay, Ağdaş, və Qəbələdə seçkiləri 1559 yerli və 15-dən artıq beynəlxalq müşahidəçi izləyir - FOTO

Mingəçevir, Göyçay, Ağdaş, və Qəbələdə seçkiləri 1559 yerli və 15-dən artıq beynəlxalq müşahidəçi izləyir - <span style="color: red;">FOTO
# 09 oktyabr 2013 06:17 (UTC +04:00)

Mingəçevir. Elvin Yaqubov - APA. Mingəçevir şəhərində, Göyçay, Ağdaş və Qəbələ rayonlarında səsverməyə start verilib.

 

APA-nın məlumatına görə, bu şəhər və rayonlarda fəaliyyət göstərən 5 seçki dairəsi üzrə 199 seçki məntəqəsi səhər saat 8:00-da öz qapılarını seçicilərin üzünə açıb.

 

Səsvermənin azad, demokratik və şəffaf keçməsi üçün bütün seçki məntəqələrində lazımi şərait yaradılıb, seçki məntəqələri zəruri texniki vasitələrlə, o cümlədən mürəkkəb balonları və ultrabənövşəyi lampalarla təchiz edilib. Bölgə üzrə 5 seçki dairəsinin 49 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Məntəqələrdə səsvermənin gedişini müxtəlif siyasi partiyaları və qeyri-hökumət təşkilatlarını təmsil edən 1559 nəfər yerli, habelə ATƏT DTİHB və MDB PA kimi nüfuzlu beynəlxalq təşkilatlardan 15-dən artıq beynəlxalq müşahidəçi izləyir.

 

Dairə seçki komissiyalarından APA-ya verilən məlumata görə, ilk saatlardan etibarən bölgə seçiciləri ölkə üçün mühüm əhəmiyyət daşıyan bu siyasi kampaniyada çox fəal iştirak edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR