Bank Of Baku

Mirmahmud Mirəlioğlu: “Rüstəm İbrahimbəyovun istefası vaxtsız və yerində olmayan addımdır”

Mirmahmud Mirəlioğlu: “Rüstəm İbrahimbəyovun istefası vaxtsız və yerində olmayan addımdır”
# 29 noyabr 2013 14:09 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun vəzifəsindən istefa verməsi barədə qərarı Milli Şurada təmsil olunan partiya rəhbərləri tərəfindən birmənalı qarşılanmayıb.

 

Milli Şuranın üzvü, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu APA-ya açıqlamasında R. İbrahimbəyovun istefasını vaxtsız və yerində olmayan addım kimi qiymətləndirib. İstefa qərarının Milli Şuranın sessiyasında müzakirə olunacağını deyən partiya sədrinin sözlərinə görə, bununla əlaqədar Milli Şurada bir sıra məsələ, o cümlədən həmsədrlik institutu ideyası aktuallığını itirmiş sayılır.

 

Milli Şuranın üzvü, Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər isə APA-ya açıqlanmasında R. İbrahimbəyovun həmsədrlik institutu kimi ciddi məsələdə fikrini belə qısa zamanda dəyişməsindən təəssüfləndiyini qeyd edib. Onun sözlərinə görə, bu addım R. İbrahimbəyovun məsələyə bir qədər qeyri-ciddi yanaşdığını göstərir: “Şübhəsiz ki, Milli Şuranın quruluş və fəlsəfəsində Rüstəm İbrahimbəyovun rolunu nəzərə alsaq, bu məsələ ciddi müzakirə olunmalıdır”.

 

Qeyd edək ki, dünən Rüstəm İbrahimbəyov Milli Şuranın sədrliyindən istefa verməsi ilə bağlı Milli Şuraya məktub göndərdiyini açıqlayıb. O qeyd edib ki, obyektiv səbəblərdən Bakıda ola bilmədiyim üçün sədrlikdən getməyi və bu vəzifəni Cəmil Həsənlinin üzərinə götürməsi yaxşı olar. Rüstəm İbrahimbəyov artıq bununla bağlı artıq Cəmil Həsənli ilə danışdığını və razılaşdığını da bəyan edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR