MM-də Azərbaycanla İran arasında imzalanan sazişlər təsdiqlənib

MM-də Azərbaycanla İran arasında imzalanan sazişlər təsdiqlənib
# 14 iyun 2016 10:41 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Milli Məclisin növbədənkənar plenar iclasında Azərbaycanla İran arasında imzalanan bir neçə saziş müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, iclasda "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və təsirinin azaldılması sahəsində əməkdaşlıq haqqında", "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında gömrük məsələlərində qarşılıqlı inzibati yardım haqqında" sazişlər, "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında elektrik enerjisi satışı haqqında" və "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında" çərçivə sazişləri müzakirə edilib.

Sənədlər səsverməyə çıxarılaraq qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR