APA-nın Rusiya XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iclasda Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan nümayəndə heyətləri iştirak edəcək. Açılışda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun çıxışı nəzərdə tutulub.
Tərəflər Konvensiya layihəsi üzərində işi davam etdirəcəklər. Xəzəryanı ölkələrin dövlət başçılarının 2014-cü ildə Rusiyada keçiriləcək 4-cü zirvə toplantısına hazırlıq məsələləri də müzakirə olunacaq.