Bank Of Baku

MSK-ya 62 müraciət daxil olub

MSK-ya 62 müraciət daxil olub
# 09 oktyabr 2013 09:12 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. “Səsvermə başlandığı saatdan indiyə qədər Mərkəzi Seçkilər Komissiyasına ümumi 62 müraciət daxil olub”.

 

APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) Katibliyinin “Seçkilər” İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov jurnalistlərə deyib ki, müraciətlərin əksəriyyəti dairə seçki komissiyalarında səs vermək üçün məntəqələrin yerinin müəyyənləşməsi və digər hüquqi məsələlərlə bağlı olub.

 

Müraciətlərin 9-u sosial şəbəkə, 22-si 115 saylı “Qaynar xətt”ə zəng, qalanları isə digər vasitələrlə olub.

 

R. Gülməmmədov onu da qeyd edib ki, ciddi qanun pozuntuları ilə bağlı MSK-ya müraciət daxil olmayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR