APA-nın məlumatına görə,
Sonra Rauf Zakir oğlu Quliyevin prezidentliyə öz təşəbbüsü ilə irəli sürülmüş namizədliyinin təsdiq olunmasına baxılıb.
İclasda həmçinin Hidayət Əşrəf oğlu Rüstəmbəylinin prezidentliyə öz təşəbbüsü ilə irəli sürülmüş namizədliyinin təsdiq olunmasına baxılıb. A, Muxtarova onun da namizədliyinin qeydə alınması üçün hüquqi əsas olduğunu bildirib və komissiya açıq səsvermə yolu ilə H. Rüstəmbəylinin də namizədliyinin irəli sürülməsini təsdiq edib.
Daha sonra komissiya prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq olunmuş Cəmil Poladxan oğlu Həsənlinin səlahiyyətli nümayəndələrinin təsdiq olunmasına baxıb. MSK Cəmil Həsənlinin 20 nəfər səlahiyyətli nümayəndəsinin səlahiyyətlərini təsdiqləyib.
Qeyd edək ki, İndiyə qədər prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı 22 nəfər müraciət edib, onlardan 21 nəfərin namizədliyi təsdiqlənib, Rüstəm İbrahimbəyovun namizədliyinin təsdiqlənməsindən isə imtina olunub.