Bank Of Baku

MSK Vidadi İsgəndərovun şikayətini təmin etməyib

MSK Vidadi İsgəndərovun şikayətini təmin etməyib
# 05 noyabr 2015 14:29 (UTC +04:00)


Bakı. Etibar Məmmədov – APA. Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında noyabrın 1-də keçirilən parlament seçkiləri ilə bağlı şikayətlərə baxılıb. 
 
APA-nın məlumatına görə, MSK üzvü Qabil Orucov deyib ki, 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsindən namizədliyi qeydə alınmış Vidadi İsgəndərov seçkiqabağı təşviqat hüququnun pozulması ilə bağlı MSK-ya şikayət edib və MSK şikayəti təmin etməyib: “Namizəd Apellyasiya Məhkəməsinin şikayət etsə də, məhkəmə MSK-nın qərarını qüvvədə saxlayıb. Namizəd yenidən MSK-ya şikayət edib. Buna görə də hesab edirəm ki, bu şikayətə artıq baxıldığından, qərar qüvvədə saxlanılmalıdır”.
 
V. İsgəndərov isə buna etirazını bildirib. 
 
Sonda MSK şikayəti təmin etməyib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR