Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Mübariz Ağayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, M. Ağayev Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif edilib.