Bank Of Baku

Müsavat Gənclər Təşkilatının bəzi üzvləri cəzalandırılıb

Müsavat Gənclər Təşkilatının bəzi üzvləri cəzalandırılıb
# 17 aprel 2014 14:00 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Müsavat Partiyası Divanının qərarı ilə partiyanın Gənclər Təşkilatının bəzi üzvlərinə töhmət verilib. Müsavat Partiyasından APA-ya verilən məlumata görə, partiyanın mühacirətdə olan üzvü Tural Sadıqlı Gənclər Təşkilatının bəzi üzvləri tərəfindən onun ünvanına təhqir və böhtanlar səsləndirildiyini bildirərək Divana müraciət edib. Divan bu məsələni araşdırıb və müraciətdə adı keçən Vasif Sadıqbəyli, Amid Süleymanov və Ayaz Xəlilzadə cəzalandırılıb.

 

Cəzalandırılan şəxslərin Müsavat Gənclər Təşkilatının sədri Əhliman Abbasa yaxın olduqları bildirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR